İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaluqada qadınlar kişini kafedə döyərək öldürüblər

Rusiya Federasiyasının Kaluqa vilayətinin Kozelsk şəhərində üç qadın kişini döyərək öldürüb. Hadisə kafedə kiminləsə görüşmək cəhdinin uğursuzluğundan sonra baş verib.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, zərərçəkən başından aldığı zərbələrdən dünyasını dəyişib.

Qətl martın 9-na keçən gecə şəhərdəki “Mayami” kafe-klubunda baş verib. Bir müddət əvvəl boşanmış 47 yaşlı Valeri dostları ilə dincələn zaman gecə saat iki radələrində xoşuna gələn Svetlana adlı qadınla tanış olmaq qərarına gəlib. Qadın kəskin şəkildə imtina edib, daha sonra əsəbiləşərək 18 yaşlı qızına zəng edərək, kişinin onu vurduğunu bildirib və köməyə çağırıb.

Svetlananın qızı rəfiqəsi ilə birlikdə dərhal hadisə yerinə gəlib. Onlar Valerini çölə çıxmağa çağırıblar. Valeri küçəyə çıxarkən qız onu yerə çırpıb. Sonra hər üçü - ana, qızı və rəfiqəsi kişini vəhşicəsinə döyməyə başlayıblar. Qızın rəfiqəsi xüsusilə zorakılıq edib: qurbanın üzünə vurub və hətta Valeri hərəkətsiz qaldıqdan sonra da onun başına tullanıb. Şahidlər hücum edənləri saxlamağa çalışsalar da, qadınlar qaçıblar.

Valeri elə yerindəcə komaya düşüb. Gələn həkimlər onu xilas edə bilməyiblər. Ekspertiza göstərib ki, ölümün səbəbi çoxsaylı kəllə-beyin travması olub. Polis hər üç qadını saxlayıb, dindirib, lakin ölümün dəqiq səbəbi hələ müəyyən edilmədiyindən onları sərbəst buraxıb. Yerli sakinlərin sözlərinə görə, hücum edənlər sərxoş olublar və hətta hadisədən sonra da itaətsiz davranmağa davam ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR