İnsanlara hürriyət, millətlərə istiqlal!

Kafedə qumar oynayanlar cəzalandırıldı

Ağcabədi rayonunda kafedə qumar oyunlarında iştirak edən şəxslər cəzalandırılıb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində yerləşən kafelərin birində qumar oyunlarında iştirak edən 4 nəfər müəyyən edilib.

Bundan başqa keçirilmiş digər bir tədbirlə özünə məxsus marketdə pirotexniki məmulatlar satan şəxs də müəyyən edilib.

Həmin şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR