Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb.
Musavat.com xatırladır ki, daha öncə Hüquq-Müdafiə Təşkilatları Monitorinq qrupu jurnalistin səhhətini nəzərə alaraq onun ev dustaqlığına buraxılması ilə bağlı müraciət etmişdi.
Hüquq müdafiəçilərindən təşəkkür
Hüquq-müdafiə təşkilatları bu humanist addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
“Konstruktiv dialoqa sadiqliyimizi davam etdirəcəyik”
Monitorinq Qrupu vurğulayıb ki, hər zaman konstruktiv dialoqun tərəfdarı olub və gələcək fəaliyyətində də bu prinsipə sadiq qalacaq.
Onu da bildirək ki, Şahnaz Bəylərqizinin ev dustaqlığına buraxılması media və hüquq-müdafiə dairələrində müsbət qarşılanıb.
Musavat.com
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ