İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyanın ən çox axtarılan mafiozlarından biri ələ keçdi

İtaliyanın ən çox axtarılan 10 mafiozundan biri Korsikanın Bastia şəhərində həbs edilib. Bu vaxta qədər 40 yaşlı Marko Raduano bir il ərzində gizlənməyə müvəffəq olub.

Vieste cənub şəhərindən (Apuliya bölgəsi) “boss” hesab edilən Marko Raduano Sardiniyada qətl və adam öldürməyə cəhd ittihamı ilə ömürlük həbs cəzası çəkdiyi həbsxanadan qaçıb. O, çarşaflardan düzəltdiyi kəndir sayəsində həbsxananın pəncərəsindən aşağı enib.

Cinayətkar qaçdıqdan sonra “İnterpol”un ən təhlükəli cinayətkarlar siyahısına daxil edilib.

Onun axtarışına və saxlanılmasına “Koza Nostra”nın “bossların bossu” olan Matteo Messina Denaronun həbsində iştirak edən eyni bölmədən karabinerlər cəlb olunublar.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR