Onlayn ictimai-siyasi qəzet
İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 14-cü sanksiya paketi çərçivəsində yeni məhdudiyyətlər tətbiq edib.
Musavat.com xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında məlumat yerləşdirilib.
İsveçrə iyulun 9-da Aİ-nin anti-Rusiya məhdudiyyətləri paketinə qoşulub və 69 şəxs və 47 təşkilatı sanksiya siyahısına əlavə edib.
Yeni tədbirlər çərçivəsində isə İsveçrə hökuməti Rusiya almazlarının idxalına qoyulan qadağanın meyarlarına aydınlıq gətirib və bu yolla onların “beynəlxalq səviyyədə uyğunlaşdırılacağını” qeyd edib.
İsveçrə Federal Şurası həmçinin Rusiyadan investisiyaların çıxarılması üçün icazələrin verilməsi müddətini uzadıb.
İyunun 24-də Aİ 14-cü sanksiyalar paketi çərçivəsində 116 Rusiya fiziki və hüquqi şəxsinə qarşı məhdudiyyətlər tətbiq edib. Sənədə əsasən, Avropa İttifaqı, həmçinin Qazaxıstan, Qırğızıstan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə də daxil olmaqla, icmadan kənar ölkələrdən 61 firmaya qarşı ikili təyinatlı mal və texnologiyaların ixracına məhdudiyyətlər qoyub.
İsveçrə iqtisadiyyatı üzrə Dövlət Katibliyinin (SECO) açıqlamasına görə, Rusiya ilə bağlı daha 1.5 milyard dollar dəyərində aktivlər dondurulub. 2022-ci ildən İçveçrə banklarında Rusiyaya məxsus dondurulmuş aktivlərin məbləği 8.2 milyard dollara çatıb.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ