İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə rus və belarus diplomatları "avtobusa mindirməyəcək"

İsveçrə parlamenti Rusiya və Belarus səfirliklərinin nümayəndələrini avqustun 30-da ölkədəki bütün səfirlərin iştirakı ilə keçirilməsi planlaşdırılan tədbirdən kənarlaşdırmaq niyyətindədir.

Musavat.com xarici mediaya istinadla bildirir ki, bu barədə İsveçrə parlamentinin mətbuat xidmətinin əməkdaşı Lusyen Vodan bildirib.

Bundan əvvəl İsveçrə parlamentinin saytında İsveçrə Milli Şurasının prezidenti Martin Kandinasın İsveçrədəki bütün səfirləri avqustun 30-da Qraubünden kantonuna səfərə dəvət etdiyi barədə bəyanat dərc olunmuşdu.

“Rusiya Federasiyasının, eləcə də Belarusun nümayəndələrinin dəvəti parlamentin bu münaqişəyə (Ukraynadakı müharibə nəzərdə tutulur) dair mövqeyi ilə bir araya sığmır, ona görə də bu iki dövlətin nümayəndələrini dəvət etməmək qərara alınıb”, - deyə Lusyen Vodan bildirib.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR