İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdə Qurana yeni hücum - Təxribatçını 20 polis avtomobili, 150 polis qoruyub

İsveçdə əslən İraqdan olan təxribatçı Salvan Momika parlament binası qarşısında Qurana qarşı hücum təşkil edib və ölkədə İslam dini qadağan olunana qədər təxribatlarını davam etdirəcəyini bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, geniş polis mühafizəsi altında İsveç parlamentinin qarşısına gələn Salvan Momika ətrafdakıların reaksiyasına baxmayaraq, ayağını Quran kitabının üzərinə basıb. İslamı təhqir edən sözlər söyləyən Momika daha sonra kitabı yandırıb.

Momika ayaqlarını İran prezidenti İbrahim Rəisinin və İraqdakı islami hərəkatın lideri Müqtəda əs-Sədrin fotoşəkilləri olan kağız parçası ilə silib. Salvan Nəcim adlı İraq vətəndaşı Momikaya kömək edib.

Bölgədə toplaşaraq sosial şəbəkədə təşkilatlanan “Quran yandırmağa son” adlı qrup Momika və Nəcimə reaksiya verib. İsveçli fəallar tərəfindən yaradılan qrup üzvləri yanğınsöndürənlərin dəbilqələrini taxaraq “İrqçi aksiyanı dayandırın” şüarları səsləndiriblər.

Nümayişçilərdən biri Momikanın qarşısını almaq istəyəndə polis sərt reaksiya verib. Polis əməkdaşları nümayişçini nəzarətə götürərək polis bölməsinə aparıblar. Təxribatdan sonra zirehli polis maşını ilə hadisə yerini tərk edən Momika və Nəcimi 10-u zirehli olmaqla 20 polis maşını və təxminən 150 polis müşayiət edib.

Son vaxtlar İsveç və Danimarkada Qurana qarşı hücumlar intensivləşsə də, bu təxribatlara yol verilməsi yerli əhali tərəfindən sərt reaksiya ilə qarşılanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR