İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - Saat 15:00-dan etibarən...

İstanbul Valiliyinin verdiyi qərara əsasən, metro xəttinin bəzi dayanacaqları saat 15:00-dan etibarən bağlanacaq.

Musavat.com-un xəbərinə görə, Valiliyin açıqlamasında deyilir:

“Bu gün saat 15:00-dan etibarən ikinci bir bildirişə qədər M2 Yenikapı–Hacıosman Metro Xəttimizin Taksim və Şişhane stansiyaları ilə F1 Taksim–Kabataş Funikulyor Xəttimiz istifadəyə bağlı olacaq”.

CHP İstanbul İl başçısı Özgür Çelik Fələstinə dəstək məqsədilə bu gün saat 19:00-da Tüneldən Taksimə yürüş təşkil edəcəklərini bildirib. İl Başqanlığı planlaşdırılan aksiya ilə bağlı təhlükəsizlik tədbirlərinin görülməsi tələbilə İstanbul Valiliyinə məlumat verib. Bu bildirişdən sonra İstanbul Valiliyi tərəfindən sözügedən marşrut üzrə tədbirin keçirilməsinin uyğun olmadığı CHP-yə bildirilib. Valiliyin şifahi xəbərdarlığına baxmayaraq, CHP-nin tədbiri keçirməkdə israrlı olduğu deyilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR