Onlayn ictimai-siyasi qəzet
Ötən gün xəbər verdiyimiz kimi, HƏMAS dəyişdirilmək üçün seçilən 40 girovun harada olduğu barədə məlumatsızdır. Son məlumata görə, İsrail və ABŞ rəsmiləri israilli girovların əksəriyyətinin öldüyündən qorxurlar.
Bu barədə "Wall Street Journal"da (WSJ) məlumat verilib.
Musavat.com mənbəyə istinadən xəbər verir ki, İsrail kəşfiyyatı və Qəzza zolağında fəaliyyət göstərən hərbçilərin əldə etdiyi məlumatlara görə İsrail Müdafiə Qüvvələri 129 girovdan 34-nün öldüyünü təsdiqləyib.
Bununla belə, WSJ Amerika və İsrail rəsmilərinə istinadən yazır ki, ölənlərin sayı daha çox ola bilər. Üstəlik, bəzi ABŞ rəsmiləri deyirlər ki, girovlarının əksəriyyəti ölüb. Halbuki, ABŞ kəşfiyyatı qismən İsrail kəşfiyyatından asılıdır və məlumat məhdud ola bilər.
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ