Onlayn ictimai-siyasi qəzet
İranla münaqişə İsrailə gündə yüz milyonlarla dollara başa gəlir ki, bu da yəhudi dövlətinin uzunmüddətli hərbi əməliyyatlar aparmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.
Musavat.com xəbər verir ki, “The Wall Street Journal” (WSJ) belə nəticəyə gəlib.
Qəzetin yazdığına görə, İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollara qədər pul xərclənir. Həm zərbə vurmaq, həm də raketləri dəf etmək üçün istifadə edilən sursat və təyyarələr də hərbi əməliyyatların xərclərini xeyli artırır.
WSJ qeyd edir ki, artan xərclər İsraili münaqişəni dayandırmağa sövq edə bilər, çünki təkcə zədələnmiş binaların bərpasının ən azı 400 milyon dollara başa gələcəyi hesablanır.
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ