İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə etirazçılar parlament binasına daxil olub -VİDEO

İsraildə keçirilən aksiyalarda iştirak edən bir qrup etirazçı Yerusəlimdə Knessetin (parlament) binasına daxil olub.

Bu barədə İsrailin televiziyasının 12-ci kanalı (“Channel 12”) məlumat yayıb.

Qeyd olunub ki, binaya daxil olan şəxslər üzərində müxalifət şüarları yazılmış geyimlə binaya daxil olub. Parlamentin təhlükəsizlik qüvvələri tərəfindən onların hərəkətlərinin qarşısı alınıb və onlar binadan kənarlaşdırılıblar.

 

Xatırladaq ki, Yerusəlim şəhərində Knessetin binası qarşısında hökumət əleyhinə mitinq davam edir və etirazçılar Baş nazir Benyamin Netanyahuya, onun hökumətinə, ölkənin məhkəmə sistemində təklif edilən islahatlara etiraz edirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR