İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Ukrayna ilə bağlı elə bir ADDIM atdı ki...

İsrail Kiyevə nüvə təhlükəsizliyi ilə bağlı avadanlıqlar verib.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin Atom Enerjisi Komissiyasının rəhbəri Moşe Edri AEBA Baş Konfransının 67-ci sessiyasında çıxışı zamanı bildirib.

O, çıxışında ölkəsinin AEBA-nın məqsəd və vəzifələrini tam dəstəklədiyini, agentliklə fəal əməkdaşlıq etdiyini vurğulayıb.

İsrail rəsmisi həmçinin Ukraynadakı hadisələr fonunda nüvə təhlükəsizliyi məsələləri ilə bağlı qlobal səviyyədə geniş müzakirələrin aparılmasının tərəfdarı olduğunu bildirib.

"Ukraynadakı müharibə nüvə təhlükəsizliyi ilə bağlı qlobal müzakirələrə əvvəlkindən daha çox ehtiyac olduğunu göstərir. Bildiyimiz kimi, nüvə təhlükəsizliyi ilə bağlı risklərin sərhədləri yoxdur", - Edri deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR