İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu məlumat yaydı

İsrail ordusu məlumat yayıb. 

Bu barədə Musavat.com Təbriz Turan TV-yə istinadən xəbər verir. 

"İsrail bu gecə ABŞ-ın İraqdakı İran tərəfdarlarına qarşı endirdiyi zərbələrdə iştirak etmir. İsrail Dövləti İraq ərazisindən İsrailə hücuma cavab vermək hüququnu özündə saxlayır.

Biz İraq dövlətini öz ərazisində baş verən hər şeyə görə cavabdeh hesab edirik", - məlumatda deyilir. 

Qeyd edək ki hazırda İraqın paytaxtı Bağdadda güclü partlayışlar baş verib. Partlayış Bağdadın şimalında Həşd əş-Şabi qüvvələrinin hərbi qərargahında olub. Bildirilir ki, döyüş təyyarələri İraqın paytaxtı Bağdadda İranı dəstəkləyən qruplaşmaların mövqelərini bombalayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR