İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail o gəmini Qəzzaya buraxmadı

İsrail hərbçiləri Qəzza zolağı sahillərinə gedən Fələstin tərəfdarlarının olduğu "Madeline" gəmisini ələ keçirib.

Musavat.com xəbər verir ki, məlumatı Qətərin “Əl-Cəzirə” telekanalı yayıb. Bildirilir ki, gəmi ilə əlaqə kəsilib. Göyərtəsində isveçli ekoloji fəal Qreta Tunberqin də olduğu "Madeline" gəmisi beynəlxalq sularda İsrail hərbçiləri tərəfindən ələ keçirilib. Gəmidə olanların hamısına mobil telefonlarını söndürmək əmri verilib, bundan sonra sərnişinlər və ekipajla əlaqə kəsilib.

Gəmi ilə əlaqənin kəsilməsi faktını BMT-nin Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanese də təsdiqləyib. X səhifəsində o, "Madeline”-nin İsrail sürət qayığı tərəfindən tutulması zamanı heç kimin xəsarət almadığını" bildirdi, lakin əsgərlər minəndən sonra gəminin komandiri ilə əlaqə kəsilib.

Xatırladaq ki, "Madeline" gəmisi Siciliyadan iyunun 1-də Qəzza zolağına uşaq qidası, uşaq bezləri, un, düyü, su filtrləri, gigiyena məhsulları və tibbi avadanlıq daxil olmaqla humanitar yardımla yola düşüb.

İsrail tərəfi geniş təbliğat kampaniyası ilə müşayiət olunan səfərin iştirakçılarını Qəzzaya buraxmayacağını əvvəlcədən elan edib. İsrail rəsmiləri humanitar yüklərin açılmış dəhlizlə və razılaşdırılmış formada çatdırılmasını tələb edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR