Onlayn ictimai-siyasi qəzet
İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Hizbullah hərəkatına məxsus bir nəqliyyat vasitəsinə raket zərbəsi endirib.
Musavat.com xəbər verir ki, məlumatı Elnashra xəbər portalı yayıb. Bildirilir ki, birbaşa zərbə nəqliyyat vasitəsinin alovlanmasına səbəb olub, nəticədə dörd şiə döyüşçüsü həlak olub, daha üç nəfər yaralanıb.
Hadisə Livanın cənubundakı Kfar Rumman qubernatorluğunun paytaxtı Nabatieh şəhərinin Kfar Rumman ətrafı ərazisində baş verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, atəşkəs razılaşmasına baxmayaraq, İsrail ilin əvvəlindən bəri Livan ərazisinə 4500-dən çox hücum həyata keçirib. Hücumlar və atəş nəticəsində 267 nəfər ölüb, 685 nəfər yaralanıb.
Musavat.com
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ