İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail hərbçilərindən Azərbaycan və Gürcüstanı tərk etmələrini tələb etdi - ŞOK DETALLAR

İlk yayımlanma saatı: 02:01 

İranın qisas alacağından qorxan İsrail ordusu bazar günü axşam saatlarında yeni əmr verib.

Bu əmrə görə orduya mənsub əsgər və zabitlərin məzuniyyətlərini Gürcüstan və Azərbaycanda keçirməsi, ümumiyyətlə bu ölkələrə hər hansı səfər etməsi qəti şəkildə qadağandır.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin Kan News qəzeti məlumat yayıb.

Məlumatda bu əmrin səbəbəri vurğulanır: Hər iki ölkə ərazicə İrana yaxındır və həm də orada iranlılar yaşayır. Azərbaycan da İranla həmsərhəddir.

Nəşrin məlumatına görə, ötən cümə günü İran İnqilab Keşikçiləri Korpusunun rəsmiləri hədələyiblər ki, başqa şeylərlə yanaşı, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda öldürülməsinə cavab olaraq İsraildən kənarda hədəflərin vurulması ehtimalı nəzərdən keçirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR