İnsanlara hürriyət, millətlərə istiqlal!

İsa Qəmbər öldürülən rəqibi haqqında status yazdı

Müsavat Partiyasının başqanı İsa Qəmbər qətlə yetirilən müsavatçı, Səbail rayon təşkilatının sədr müavini Natiq Ulubəylə (Mehdiyev) bağlı status yazıb. 

Musavat.com xəbər verir ki, İsa Qəmbərin sözlərinə görə, Natiq Ulubəy Anadolu Univeristetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçılarından olub. Müsavat Partiyasının təşkilatlanması və ideologiyasının yayılmasında böyük xidmətlər göstərib:

“Azərbaycanda insan hüquqları uğrunda keçirilən bütün aksiyaların ön sıralarında addımlayıb. Natiq Ulubəyin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Müsavat Partiyası olaraq Natiq Ulubəyin qətlindən qəzəbləndiyimizi, hüquq-mühafizə oranlarından qatilin (qatillərin) ən qısa müddətdə müəyyənləşdirilib qanun qarşısında cavab verməsinin təmin edilməsini gözlədiyimizi bəyan edirik. Bir daha bu ağır itkidən kədərləndiyimizi bildirir, Natiq bəyin ailə üzvlərinə, yaxınlarına, dostlarına və bütün milli-demokratik ictimaiyyətə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin",-deyə İ.Qəmbər bildirib.

WhatsApp Image 2024-05-15 at 18.10.21.jpeg (32 KB)
Qeyd edək ki, Müsavat fəalı Natiq Ulubəyin öldürüldüyü ötən gün məlum olub. O, Bakı şəhəri, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə gecə gözətçisi işləyirmiş.

1964-cü il təvəllüdlü Natiq Ulubəyin qətlinə görə iş yoldaşı, 1966-cı il təvəllədlü Elsevər Eldar oğlu İslamov saxlanılıb. Elsevər İslamov 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) işləyirmiş. O, ixtisasca idman müəllimidir.

Cinayətin başvermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR