İnsanlara hürriyət, millətlərə istiqlal!

“İrəvan təzminatdan boyun qaçırmağa çalışır” - ŞOK açıqlama

“2020-ci ildən bu günə qədər Azərbaycan sülh danışıqları mövzusunda konkret mövqe ilə çıxış edib. 2025-ci ildə isə sülh məsələsinin həll olunub-olunmayacağı Ermənistanın atacağı addımlarla bağlıdır”.

Bunu Musavat.com-a açıqlamasında deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

ARZU SON.jpg (42 KB)

Millət vəkili qeyd edib ki, artıq Azərbaycan tərəfi formal olaraq, danışıq xatirinə heç bir danışığa getmir:

“Rəsmi Bakının Malta görüşündən imtina etməsi bunun göstəricisi idi”.

Arzu Nağıyev Ermənistanın atmalı olduğu addımlardan da bəhs edib:

“Azərbaycanın sülh sazişinin imzalanması üçün ilk şərti Ermənistan Konstitusyasından Qarabağın Ermənistan ərazisi olması ilə bağlı müddəanın çıxarılmasıdır. Bu müddəa açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdiddir. Yalnız bundan sonra rəsmi Bakı danışıqlar üçün masa arxasına keçə bilər. Ermənistan son zamanlar daha çox dünyanın siyasi müstəvisində baş verənlər fonunda xarici havadarlarının həyata keçirdiyi siyasəti izləyib ona uyğun addımlar atır. Bu da regionda vəziyyəti daha da gərginləşdirir”.

A.Nağıyev qeyd edib ki, Ermənistanla Azərbaycan sərhədinə vizual kəşfiyyatçıların yerləşdirilməsi, Ermənistanın 2025-ci il dövlət büdcəsində müdafiə xərclərinin artırılması bu dövlətin sülhdən daha çox aqressiyaya kökləndiyini deməyə icazə verir:

“Rəsmi İrəvan “sülh pərdəsi” arxasında beynəlxalq instansiyalarda Azərbaycanla olan mübahisələrinə son qoymağa, o cümlədən təzminatdan boyun qaçırmağa çalışır. Ermənistanın sərgilədiyi qeyri-konstruktiv davranışlar sülhə gedən yolda onu sülhdən uzaqlaşdırır. Azərbaycan tərəfi isə bu yolda delimitasiya və demarkasiya, həmçinin Zəngəzur dəhlizi vasitəsilə kommunikasiya xətlərinin açılmasını prioritet olaraq nəzərdə tutur. Lakin ilk şərt konstitusiya ilə əlaqədar müddəadır. Azərbaycanın bu mövzuda mövqeyi kifayət qədər konkretdir”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR