Onlayn ictimai-siyasi qəzet
İrəvan xarici işlər nazirlərinin Türkiyədə “3+3” formatında keçiriləcək görüşündə iştirakla bağlı hələ qərar verməyib.
Musavat.com-un məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
“3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirmişdi ki, “3+3” formatında növbəti görüş yaxın vaxtlarda Türkiyədə baş tutacaq.
Cavanşir ABBASLI
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ