Onlayn ictimai-siyasi qəzet
İsrailin İran ərazisinə zərbə endirməsi İsrail üçün "acı nəticələrə" səbəb olacaq.
Bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami deyib.
"Ölkənin hava hücumundan müdafiə qüvvələrinin hazırlığı sayəsində məqsədlərinə çata bilməyən İsrail rejiminin qanunsuz hərəkətləri bu rejimin döyüş meydanındakı səhv hesabını və çarəsizliyini göstərir və bu həqiqətən işğalçılar üçün ağlasığmaz acı nəticələr verəcəkdir" .
Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 1-də yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endirəcəyini açıqlayıb. İsrailin İrana hücumu yalnız hərbi hədəflərlə məhdudlaşıb və nüvə və neft obyektlərinə şamil edilməyib. Hücum nəticəsində 4 İran əsgəri həlak olub./Milli.Az/
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ