İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranın yanaşması o qədər səhv idi ki...” – Əfşar Süleymanidən ŞOK ETİRAF

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ölkəsinin Azərbaycana qarşı qeyri-konstruktiv mövqeyindən danışıb.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, Ə. Süleymani İranın digər ölkələrlə təhdid dili ilə danışmağının yanlış olduğunu vurğuulayıb.

“İranın əsas problemlərindən biri odur ki, biz başqa ölkələrə təhdid dili ilə müraciət edirik. Kifayətdir ki, başqa bir ölkə ilə aramızda problem olduğunu düşünək, dərhal təhdid mövqeyinə keçirik. Buna misal olaraq Qarabağ müharibəsini göstərmək olar. Həmin vaxt Azərbaycan tərəfi İran TIR-larının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qarabağ bölgəsinə, Xankəndiyə getməsinə rəsmi etiraz edib və İranın Bakıdakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

İranın yanaşması o qədər səhv idi ki, bu, iki ölkə arasında xeyli gərginlik yaratdı. Baxmayaraq ki, məsələ heç də böyük və mürəkkəb deyildi. Azərbaycanda effektiv səfirimiz olsaydı, o, problemi şəxsən aradan qaldıra bilərdi" - " - keçmiş səfir bildirib.

Əfşar Süleymani daha sonra problemin həllindən danışıb:

“Amma iki ay sonra - ölkələr arasında yaranmış bu qədər problem, gərginlik və fikir ayrılığından sonra İran öz yük maşınlarının Qarabağa getməsinə qadağa qoyan təlimat verdi. Demək istəyirəm ki, əgər vaxtında düzgün siyasət yürüdülsəydi, iki ölkə arasındakı münasibətlər korlanmazdı".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR