İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Trampa sərt cavab: "ABŞ seçdiyi yolun nəticələri ilə barışmalıdır"

 İranın Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın İranı bombalamaqla hədələməsinə kəskin reaksiya verib.

Musavat.com xəbər verir ki, İran XİN-in mətbuat katibi İsmayıl Baqeinin “X” sosial şəbəkəsində yazdığına görə, “dövlət başçısının açıq şəkildə “bombardman” təhdidi irəli sürməsi beynəlxalq sülh və təhlükəsizliyə şokedici təhqirdir. Bu, BMT Nizamnaməsini pozur. Zorakılıq zorakılıq doğurur. ABŞ öz yolunu seçə bilər, lakin nəticələri ilə də barışmalıdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Ağ Ev rəhbəri bir gün əvvəl İranın iki ay ərzində nüvə sazişini imzalamadığı təqdirdə ABŞ-ın bu ölkəni bombalayacağını açıqlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR