İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda keçmiş millət vəkilinə şallaq vuruldu: Vəziyyəti ağırdır

İranın Bicar şəhərinin keçmiş millət vəkili Məhəmməd Məhəmmədrzayiyə 44 şallaq zərbəsi vurulub.

Musavat.com xəbər verir ki, bu barədə İranın azad telegram kanalları xəbər verib.

Məlumatda qeyd edilib ki, həbsdə olan Məhəmmədrzayinin ağır xəstə olmasına baxmayaraq, barəsində çıxarılan hökm icra edilib. Bundan sonra millət vəkilinin vəziyyəti ağırlaşıb.

Onun xanımı Fatimə Bəhraminin sözlərinə görə, keçmiş millət vəkili məmurlar tərəfindən vətəndaşlara məxsus torpaq sahələrinin qanunsuz olaraq mənimsənilməsinə etiraz etdiyi üçün beş il həbs cəzasına məhkum edilib.

 

Toğrul İSMAYIL,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR