Onlayn ictimai-siyasi qəzet
İran hökuməti əxlaq polisi institutunu ləğv edəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu qərarı İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf öz sosial şəbəkə hesabında paylaşıb.
Dəyişikliklər, 2024-cü ilin sonunda yenidən işlənmə üçün göndərilən, hicab qanununun sərt cəzaları üzündən cəmiyyəti qeyri-sabitləşdirə biləcəyi ilə bağlı narahatlıqlar əsasında həyata keçiriləcək.
Qalibaf bildirib ki, artıq İranda hicab qaydalarını pozanlara cəza tətbiq olunur və yeni qanun həm müsbət, həm də mənfi tərəfləri nəzərə alacaq. O qeyd edib ki, hazırkı qanun artıq küçələrdə patrul xidmətini tamamilə ləğv edib, lakin İran hökumətinin digər sahələrdə həll olunması gərəkən bəzi problemləri mövcuddur.
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ