Onlayn ictimai-siyasi qəzet
İran Xəzər dənizinə çıxışı olan şimaldakı Gülüstan əyalətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri və vitse-prezidenti Məhəmməd Eslami məlumat verib.
Eslamiyə istinadən qurumun mətbuat xidməti bildirib ki, “böyük səylər nəticəsində uyğun torpaq sahəsi tapılıb və Gülüstan əyalətinin sahilində atom elektrik stansiyasının tikintisi layihəsinə start verilib”.
AEOI rəhbərinin sözlərinə görə, İranın ali liderinin müəyyən etdiyi 20 min meqavatlıq ümumi elektrik istehsal gücünə çatmaq məqsədilə ölkədə bir neçə atom stansiyasının inşası planlaşdırılır.
Planlara həmçinin 1979-cu il İslam İnqilabından əvvəl başlanmış, lakin yarımçıq qalmış Xuzistan əyalətindəki nüvə elektrik stansiyasının tikintisinin tamamlanması da daxildir.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Gülüstan əyalətinin yerli hakimiyyəti Atom Enerjisi Təşkilatına müraciət edərək, bölgənin elektrik enerjisi tələbatını ödəmək məqsədilə yeni nüvə stansiyasının tikilməsini təklif edib.
Musavat.com
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ