Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Qüvvələri (IDF) İranın İsfahan əyalətindəki obyektə zərbə endirdiyini təsdiqləyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İDF sözçüsü Aviçai Edri X hesabında ərəb dilində yerləşdirdiyi paylaşımda Tehranın həmin ərazidə nüvə silahı hazırlamaq üzərində işlədiyini iddia edib:
"İsrail müdafiə qüvvələri İran ordusunun nüvə silahı yaratmaq məqsədilə uranı zənginləşdirdiyi İsfahan əyalətindəki mühüm nüvə obyektinə zərbə endirib".
Edri deyib ki, İran hakimiyyəti 2021-ci ildən hərbi məqsədlər üçün uranın zənginləşdirilməsi üçün obyektdə infrastruktur qurur.
Musavat.com
16 Iyun 2025
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ