Onlayn ictimai-siyasi qəzet
İran və ya bir sıra iranpərəst qruplar İsrail vətəndaşları arasında itkilərin qarşısını almaq üçün Hayfa şəhəri yaxınlığındakı infrastruktura zərbələr endirə bilər.
Musavat.com xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Onların fikrincə, Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin qətlinə verilən cavablardan biri də İsrailin Hayfa şəhəri ətrafındakı infrastruktura hücum ola bilər. Bu da mülki əhali arasında itkilərə səbəb olmayacaq.
Eyni zamanda mənbə hesab edir ki, bəlkə də hücum edən İran deyil, “İranın etibarlı şəxsləridir”.
Agentlik bildirir ki, daha böyük zərbə İsrailin duzsuzlaşdırma zavodları, nüvə reaktoru və ya ölkənin hərbi obyektləri kimi hədəfləri əhatə edə bilər.
Mənbələr İranın “dağıdıcı kiberhücum” edə biləcəyini də irəli sürür.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ