İnsanlara hürriyət, millətlərə istiqlal!

İran hökuməti Azərbaycanşünaslıq Mərkəzini bağladı, iki üzv həbs olundu

İran hökuməti Azərbaycanşünaslıq Mərkəzini bağlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. 

Məlumatda qeyd edilib ki, Tehran rejimi Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin dayandırılmasına qərar verib və mərkəzin üzvlərinə qarşı təzyiqləri artırıb.

Məlumata görə, mərkəzin Təbrizdən olan iki üzvü, tələbə hərəkatı fəalları Hadi Heydəri Azad və İbrahim Əhmədpur isə fevralın 27-də həbs olunublar.

"Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir",-deyə, paylaşımda vurğulanıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR