Onlayn ictimai-siyasi qəzet
İranın yaxın 24-48 saat ərzində İsrailə şimaldan və ya cənubdan birbaşa hücum edəcəyi gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbəyə istinadən məlumat verib.
Nəşrin adını açıqlamayan həmsöhbəti hücum planlarının müzakirə edildiyini, lakin hələlik yekun qərarın verilmədiyini açıqlayıb.
“Axios” portalının məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian alman həmkarı Annalena Baerboka söz verib ki, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Tehranın cavabı məhdud olacaq.
Qeyd edək ki, aprelin 1-də İsrail Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik məhəlləyə hücum edib. Hücumda iki iranlı general, Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş zabiti həlak olub.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ