İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Fransaya NOTA verdi

Fransa səfiri İran XİN-ə çağırılıb.

Musavat.com-un APA-ya istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani məlumat verib.

O bildirib ki, Fransa nəşrinin nüfuz, müqəddəslik, dini və milli dəyərləri təhqir edən hərəkətindən sonra Fransanın İran İslam Respublikasındakı səfiri bu gün axşam saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb. Kənani İran tərəfinin kəskin etirazını Fransa hökumətinə çatdırdığını qeyd edib: “İran İslam Respublikası onun islami, dini və milli müqəddəsliklərinin təhqir edilməsini qəbul etmir və Fransanın söz azadlığı bəhanəsi ilə müsəlman xalqlarının müqəddəs dəyərlərini təhqir etməyə haqqı yoxdur”.

Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının mütənasib cavab vermək hüququnu özündə saxladığını bildirərək, bununla bağlı ölkəsinin XİN-nin rəsmi etiraz notasını Fransa səfirinə təqdim etdiyini qeyd edib.

“İran İslam Respublikası Fransa nəşrinin qəbuledilməz davranışını pisləmək üçün Fransa hökumətinin izahatını və təzminat xarakterli cavabını gözləyir“, - sözçü əlavə edib.

Qeyd edək ki, məşhur fransız satirik jurnalı “Charlie Hebdo“ İranın Ali Rəhbəri Əli Xameneini ələ salan karikaturalardan ibarət xüsusi buraxılış dərc edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR