İnsanlara hürriyət, millətlərə istiqlal!

İran daha bir təhlükə ilə ÜZ-ÜZƏ - Pezeşkian XƏBƏRDARLIQ ETDİ

İran prezidenti Məsud Pezeşkian ölkədə ciddi su qıtlığından və ehtiyatlardan qənaətlə istifadə etməyin vacibliyindən danışıb.

Musavat.com "Anadolu"ya istinadən xəbər verir ki, İran prezidenti bunu Tehranda investisiya enerjisi layihəsinin imzalanması mərasimində çıxışı zamanı deyib.

Pezeşkian qeyd edib ki, enerji sektorunda həddindən artıq və əsassız istehlak cəmiyyətin böyük problemlərindən biridir.

O, ölkədə quraqlıq və həddindən artıq istehlak nəticəsində yaranan su qıtlığına da diqqət çəkib: “Hazırda ciddi su böhranı yaşayırıq... Planlarımızı həyata keçirmək üçün bizə optimal su sərfiyyatı kampaniyası lazımdır”.

Qeyd olunub ki, İranın su anbarlarında su ehtiyatları ölkədə davam edən quraqlıq səbəbindən azalıb. Martın 6-da Tehranın Su İdarəsi yay aylarında su kəsilməməsi üçün əhalini istehlakı azaltmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR