Onlayn ictimai-siyasi qəzet
Solçu “İtaətsiz Fransa” partiyası respublika prezidenti Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması proseduruna başlayıb.
Musavat.com zrici mediaya istinadla xəbər verir ki, bu barədə bu partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq respublika prezidentinin impiçmenti haqqında qərar layihəsi imzalanmaq üçün deputatlara göndərilib”, - Matilda Pano yazıb.
Xatırladaq ki, Fransa konstitusiyanın 68-ci maddəsi Fransa prezidentinin səlahiyyətlərini yerinə yetirmədiyi təqdirdə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini nəzərdə tutur.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ