Onlayn ictimai-siyasi qəzet
Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi 2049-cu ilə qədər qlobal iqtisadiyyata ildə 38 trilyon dollara başa gələ bilər.
Araşdırmanın nəticələri “Nature” elmi jurnalında dərc olunub.
Qeyd olunub ki, bu səbəbdən qlobal iqtisadiyyat 19% kiçilə bilər.
İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanıb. Əsas təhlükə təbii fəlakətlərin - meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir.
Materialda həmçinin Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən ən ciddi problemlərlə üzləşəcəyi bildirilib.//Report
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ