Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediatr Nəsib Quliyev intihar edib.
TV MÜSAVAT-ın əməkdaşının mərhum həkimin evinin önündən hazırladığı reportajı təqdim edirik:
Qeyd edək ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.
Axar.az-a daxil olan məlumatda isə iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış.
Mətbuatda yayılan digər məlumatlara görə, professorun qızı da boşanıb və ailəsindən ayrı yaşamağa başlayıb. Oğlu isə ailəsini ataraq ölkədən gedib.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ