Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Federal Təhlükəsizlik Xidməti İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına və pravoslav kilsəsinə hücumlar planlaşdıran beynəlxalq terror təşkilatının altı tərəfdarının saxlanıldığını bildirib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.
“Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində İnquşetiya Respublikası ərazisində silsilə terror cinayətlərinin qarşısı alınıb. Nəzran və Kantışevo kəndində respublika hüquq-mühafizə orqanlarının əməkdaşlarına, habelə dini obyektlərə qarşı təxribat və terror aktları törətmək niyyətində olan Rusiya vətəndaşları, Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarları olan 6 nəfər yerli sakinlər müəyyən edilərək saxlanılıb”, - FTX qeyd edib.
Xəbər verilir ki, saxlanılanlar Sunja şəhərindəki kilsəyə hücum hazırlayırmışlar və bunu özləri etiraf ediblər.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ