İnsanlara hürriyət, millətlərə istiqlal!

İndi nə baş verir? – Putinin təcrid olunmasının TƏFƏRRÜATLARI

Ekspertlər deyirlər ki, Rusiya prezidenti Vladimir Putin təcrid vəziyyətində getdikcə daha çox hərbi qərarlar verir.

“Newsweek” bu barədə qlobal siyasət analitik mərkəzi olan “RAND Corporation”a istinadən xəbər verir.

Məlumat var ki, Putin əsas qərarları əsasən təkbaşına qəbul edir və Rusiya Baş Qərargahı ona ciddi təsir göstərmir. O, həmçinin məlumat mənbələrinin siyahısını əhəmiyyətli dərəcədə daraltmaq qərarına gəlib və öz nöqteyi-nəzəri ilə ziddiyyət təşkil edən tövsiyələr aldıqda ona nifrət edir.

Analitiklər hesab edirlər ki, Rusiya Silahlı Qüvvələrinin effektivliyinə yüksək rütbəli liderlərin “təmizlənməsi” və döyüş meydanında əməliyyatların aparılmasına cavabdeh olan komandirlər arasında yerdəyişmələrin olması ilə bağlı məlumatlar da təsir göstərir.

Bundan əlavə, Rusiyanın üzləşdiyi böhranlar şəxsən Putinə də təsir edib. Məsələn, o, daha əsəbi olub.

Ekspertlərin fikrincə, Kreml rəhbərliyi hazırda NATO ilə münaqişənin gərginləşməsi ilə bağlı daha da tərəddüd edib. Qeyri-müəyyənliyə Putinin özünün gözlənilməzliyi əlavə olunur. Eyni zamanda, Qərb Rusiyanın Şimali Atlantika Alyansı qorxusunu və bununla bağlı birbaşa qarşıdurmaya başlamaq istəməməsini lazımınca qiymətləndirib./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR