Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İstanbul Təşkilatının iftar tədbirində çıxış edərək İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan “Korrupsiya” və “Terror” istintaqları ilə əlaqədar CHP-ni sərt şəkildə tənqid edib.
Musavat.com xəbər verir ki, Ərdoğan CHP-nin yayılan ittihamlara cavab verə bilmədiyini vurğulayaraq, müxalifət liderlərinə xəbərdarlıq edib.
Prezident bildirib ki, AK Partiya cəmiyyətin parçalanmasına yol verməyəcək, əksinə birliyə, sevgi və qardaşlığa xidmət edəcək.
“Cənab Özəl, indi kimi kürəyindən bıçaqlayacaqsan? Biz heç vaxt sağlam düşüncədən və səbrdən əl çəkməyəcəyik, bələdiyyələrimiz həmişə xalqın haqqını qoruyacaq”, – deyə, Ərdoğan qeyd edib.
Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri 2023-cü ildən etibarən Özgür Özeldir.
Musavat.com
24 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ