İnsanlara hürriyət, millətlərə istiqlal!

İnam Kərimov qocaman hakimləri təltif etdi - FOTOLAR

Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclasda Şuranın sədri İnam Kərimov çıxış edib.

Sədr məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran vəzifələri diqqətə çatdırıb. İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Bundan başqa, iclasda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə və intizam icraatı üzrə işlərə baxılıb. Eyni zamanda, təqaüdə yola salınan hakimlər “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” yubiley medalı, fəxri fərman və fəxri döş nişanı ilə təltif ediliblər. Təltif olunanlar uzun illər məhkəmə sistemində öz fəaliyyətləri ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr vermiş hakimlər olub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR