İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask: “Belə getsə, süni intellekt Roulinq kimi yaxşı roman yazacaq”

SpaceX, Tesla və X sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi İlon Mask süni intellektin inkişaf sürətindən qorxur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə “The New York Times” qəzetinin tədbirində bildirib.

"Süni intellektlə bağlı narahatlığım səbəbindən yatmaqda çətinlik çəkirdim", - Mask deyib. O, qeyd edib ki, qarşıdakı üç il ərzində süni intellekt, məsələn, Coan Roulinq qədər yaxşı bir roman yaza, yeni texnologiya yarada və ya fizikanın yeni bir sahəsini aça biləcək.

Mask daha əvvəl demişdi ki, o, süni intellekti bəşəriyyətin mövcudluğu üçün potensial təhlükə hesab edir. Musk sürətlə inkişaf edən texnologiyanı həm zərər, həm də xeyir üçün istifadə edilə bilən “iki tərəfli qılınc”a bənzədib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR