İnsanlara hürriyət, millətlərə istiqlal!

İlkin Zəfərli: Qobustan insanla təbiətin harmonik birgəyaşayışının mühüm simvoluna çevrilə bilər

Bakıda “Qobustan bəşəriyyətin müqəddəs kodu kimi” mövzusunda dəyirmi masa çərçivəsində fotoqraf və rejissor İlkin Zəfərlinin yaratdığı nadir bədii diorama “Qobustan-3029”un təqdimatı olub.

Layihə Qobustanın minillik tarixi ilə onun mümkün gələcəyinə futuristik baxışı birləşdirir.

İ.Zəfərli bildirib ki, əsərin ideyası Qobustanın qədim qayaüstü rəsmlərinin əzəməti və müasir sivilizasiya üçün əhəmiyyəti barədə düşünmə prosesində formalaşıb.

"Qədim petroqliflərin qarşısında dayanıb, onların keçmişdən bizə nə danışdığını düşündüm. Min ildən sonra Qobustan necə olacaq?", - deyə Zəfərli qeyd edib.

Bu unikal əsər tamaşaçıları uzaq gələcəyə aparır və özündə mifologiya, müasirlik və futurizmi birləşdirir.

Müəllif özü necə ilhama gəlməsi və dioramanın detallarında yer almış mənalar haqqında danışıb.

O vurğulayıb ki, layihə tamaşaçıları mədəni irsi dəyərləndirməyə və qorumağa ruhlandırır.\\"Report" 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR