İnsanlara hürriyət, millətlərə istiqlal!

İlkin nəticələr açıqlandı - Bu şəxslər 7-ci dəfə deputat olacaq…

Artıq "Oracle Advisory Group" (ABŞ) 2024-cü ilin 1 sentyabr tarixində keçirilən Milli Məclisə seçkilərin "exit poll" nəticələrini açıqlayıb.

Doğrudur bu, rəsmi və yekun rəqəmlər deyil. Ancaq əksər hallarda yekun rəqəmlər də elə “Exit-poll”un göstəriciləri ilə yaxın olur.

Musavat.com xəbər verir ki, siyahıda 7-ci çağırışda 7-ci dəfə deputat olan 4 nəfər var. Onlar Əsgərov Ziyafət Abbas oğlu, İbrahimov Eldar Rza oğlu, İsmayılov İmamverdi İbiş oğlu və Zabelin Mixail Yuryeviçdir.

Ziyafət Əsgərov Yeni Azərbaycan Partiyasının namizədir. 1 saylı Şərur – Sədərək seçki dairəsindən namizədliyi irəli sürülüb.

Eldar İbrahimovun namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 4 saylı Naxçıvan şəhər seçki dairəsindən irəli sürülüb. Seçilərsə ən yaşlı deputatlardan biri olacaq. 

İmamverdi İsmayılov Yeni Azərbaycan Partiyasının namizədidir və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilir. Əsas rəqibi ötən həftə yol qəzasında dünyasını dəyişən professor Nəsiman Yaqublu idi… İmamverdi İsmayılov rəsmi olmayan nəticələrə görə, 53.8% səs toplayıb.

Mixail Zabelin 34 saylı Xətai İkinci dairədən deputat seçilir. Onun da rəsmi olmayan topladığı səs faizi 67.5 faizdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR