Onlayn ictimai-siyasi qəzet
Xankəndidə keçirilən III Qlobal Media Forumunda Prezident İlham Əliyev Ukrayna ilə bağlı mühüm açıqlama verib.
Musavat.com xəbər verir ki, Forumda iştirak edən Ukraynanın tanınmış jurnalisti Dmitri Qordon dövlət başçısına sual ünvanlayıb: “Ukrayna sizcə nə etməlidir, bizə nə tövsiyə edərdiniz?”
Prezident İlham Əliyev bu suala qətiyyətli şəkildə cavab verib:
“Heç vaxt işğalla barışmayın, heç bir halda təslim olmayın!”
Dövlət başçısının bu fikri Azərbaycan xalqının 30 ilə yaxın işğala qarşı apardığı mübarizənin və 44 günlük Vətən müharibəsində qazandığı zəfərin real təcrübəsinə söykənir. İlham Əliyev suala cavabında bu barədə geniş danışıb və mümunələr göstərib.
Qeyd edək ki, III Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən yüzlərlə jurnalisti və ekspertləri bir araya toplayıb. Prezident İlham Əliyev tədbirdə iştirak edən yerli və xarici media nümayəndələrinin suallarını şəxsən cavablandırır.
Musavat.com
20 Iyul 2025
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ