İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev: "İtaliya ilə Azərbaycan arasında çox güclü siyasi-iqtisadi əlaqələr mövcuddur"

"İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur".

Musavat.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır: "Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR