İnsanlara hürriyət, millətlərə istiqlal!

İki şahzadə dalaşıb, biri qovğanı ictimailəşdirib

İkinci dərəcəli rollarda oynaması ilə tanınmış aktrisa  Meqan Markllaə evləndikdən sonra kraliyet ailəsinə arxa çevirən və qalmaqallı şəkildə ABŞ-a köçən şahzadə Harri ailəsinə qarşı açıqlamalar verməkdə davam edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bir müddət əvvəl Netflix’te yayımlanan bir “realiti şonda” lüks villalalar, xidmətçilər və mühafizəçilər arasında yaşadıqları dramlardan danışan Harri yeni avtobioqrafik kitabının bir bölümünü paylaşıb.

Kitabda Harri bildirib ki, böyük qardaşı, hazırda Uels şahzadəsi olan Uilyam onu ​​döyüb. O, 2019-cu ildə Londondakı evində Uilyamın Meqanı "çətin", "kobud" adlandırdığını və ikisi arasında mübahisənin tezliklə böyüdüyünü söyləyib.

 Harri kitabda yazıb: “Uilyam yaxamdan tutdu, boyunbağım qırıldı və məni yıxdı”.

O bir müddət sonra Uilyamın yanına gələrək, olanlaı Meqana deməməsini xahiş etdiyini yazan Harri qardaşından onu niyə döydüyünü soruşub, Uilyam isə ona belə cavab verib: “Harold, mən səni döyməmişəm”..

Harri kitabda Meqana bu hadisəni söyləməzdən əvvəl terapevtinə zəng etdiyini və ürəyini terapevtinə boşaltdıqdan sonra Meqana hadisə barədə danışdığını qeyd edib.

 Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR