İnsanlara hürriyət, millətlərə istiqlal!

"İftar menyusu"nda maraqlı reseptlər

Musavat.com Axşam.az-a istinadla "Günün menyusu"nda iftar süfrəsinə hazırlaya biləcəyiniz asan yemək reseptləri təqdim edir.

Xarço şorbası

Ərzaqlar:
Mal əti -300 qr.
Kartof - 1 ədəd
Soğan - 1 ədəd
Yumru düyü - 100 qr.
Sarımsaq - 1 diş
Kərə yağı - 60 qr.
Tomat pastası - 1 ç/q
Dəfnə yarpağı - 2 ədəd
Nanə qurusu, sarıkök, duz

Hazırlanması:
Əti yuyub, suda qaynadın. Bişdikdən sonra xırda doğrayın. Soğanı xırda doğrayıb yağda qızardın. Üzərinə tomat pastası və qasığın ucunda sarıkök əlavə edin. Sarımsağı xırda doğrayıb, ət, dəfnə yarpağı ilə birlikdə soğanın üzərinə əlavə edin və 2-3 dəqiqə bişirin. Qazana 1,5 litr qaynar su əlavə edib, qarışdırın. Kartofu xırda doğrayıb yeməyə tökün. Düyünü əlavə edib, vam odda bişirin. Bişdikdən sonra 30 dəqiqə saxlayıb, sonra süfəryə verin.

Qozlu keks

Ərzaqlar:

Ymurta – 6 ədəd
Şəkər tozu – 1 st.
Duru yağ – 1 st.
Vanil, qabartma tozu 1 ədəd
Un – 1st.
Mannı – 1 st.
Əzilmiz qoz – 1 st.

Şərbət üçün:
2,5 st. şəkər tozu
4 st. su
1 dilim limon

Bəzəmək üçün:
Qaymaq və hind qozu

Hazırlanması:
Əvvəlcə şərbəti hazırlayıb, kənara qoyun. Kənarda yumurtanı mikserlə qarışdırıb, üzərinə şəkər tozunu tökün. Bir az qarışdırdıqdan sonra duru yağ, vanil, qabartma tozu, mannı, un və qozu töküb qarışdırın.
Xəmiri yağlanmış qaba töküb, 150 dərəcə isidilmiş sobada 40 dəqiqə bişirin. Bişdikdən sonra 10 dəqiqə saxlayıb, üzərinə şərbət tökülür. Süfrəyə verərkən yanına qaymaq qoyulur, üstünə hind qozu səpilir.

Holand pendirli küftə

Ərzaqlar:

Qiymə - 250 qr.
Soğan – 1 ədəd
Suxarı unu – 2-3 x.q.
Yumurta – 1 ədəd
Cəfəri – 1 dəstə
Kəklik otu, qırmızı bibər, duz
Holand pendiri, kərə yağı

Hazırlanması:
Qiyməni blenderdən keçirilən soğan, cəfəri, yumurta, suxarı unu, duz, istiotla qarışdırın. Soyuducuda 1 saat saxlayın. Qiymə qarışığından qoz böyüklüyündə küftələr düzəldib arasına holand pendiri qoyun.  Küftələrin üstünə bir parça kərə yağı qoyub 180 dərəcə isidilmiş sobada bişirin. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR