İnsanlara hürriyət, millətlərə istiqlal!

I Qarabağ müharibəsi əlillərinə indiyədək ödənilən vəsait açıqlanıb

Bu günə qədər birdəfəlik ödəmələrlə bağlı 11 minədək Birinci Qarabağ müharibəsi əlillərinin hesabına 67 milyon manata yaxın vəsait köçürülüb.

Musavat.com-un məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında açıqlama verib.

Xatırladaq ki, bu gündən etibarən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli 271 №li Qərarı imzalanıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR