İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilər ABŞ-ın təyyarədaşıyan gəmisini VURDU

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dənizdə ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisinə ballistik raketlər və dronlarla zərbə endiriblər.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Husi sözçüsü ABŞ-ın təyyarədaşıyan “USS Harry Truman” gəmisinin 18 raket və dronla vurulduğunu bildirib.

Husilər həmçinin ABŞ-ın Yəmənin 7 vilayətində 47 zərbə endirdiyini də iddia ediblər. "Ənsar Allah" hərəkatı Yəmənə endirilən zərbələrə cavab olaraq Qırmızı və Ərəb dənizlərində ABŞ-ın bütün hərbi gəmilərinə hücum edəcəkləri ilə hədələyiblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR