İnsanlara hürriyət, millətlərə istiqlal!

Hulusi Akar onu müşayiət edən komandirlərlə Suriya sərhədində təftişlər aparıb - FOTO

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar TSK komandanlığının müşayiəti ilə Suriya sərhəd xəttində qoşunların təftişini həyata keçirib.

APA xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülanla birlikdə Hatay şəhərinə gedib.

Hatay Hava Limanında 2-ci Ordu Komandanı General Metin Gürak və digər rəsmilər tərəfindən qarşılanan Akar onu müşayiət edən komandirlərlə birlikdə Bahar Qalxanı Əməliyyatları Bölgəsi Sektor Komandanlığına yollanıb.

Mərasim heyətini qarşıladıqdan sonra Əməliyyat Mərkəzinə gedən Akar sahədəki fəaliyyətlər və son vəziyyətlə bağlı məlumat alıb və tapşırıqlar verib.

Nazir Akar və TSK komandanlığının Suriya sərhəd xəttində araşdırmaları davam edir.

Hulisi Akar onu müşayiət edən komandirlərlə Suriya sərhədində təftişlər aparıb - FOTO

Hulisi Akar onu müşayiət edən komandirlərlə Suriya sərhədində təftişlər aparıb - FOTO

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR