İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hizbullah” İsrailin arxa bazasını vurdu

“Hizbullah” təşkilatının pilotsuz uçuş aparatları (PUA) İsrailin Safed şəhərinin cənub-qərbində, Aşağı Qalileyada yerləşən Şimal Hərbi Dairəsinin arxa bazasına hücum edib. Musavat.com xəbər verir ki, bu barədə təşkilatın telegram kanalında yerləşdirilmiş məlumatında bildirilir.

“Döyüş pilotsuz təyyarələri eskadrilyası Şimal Hərbi Dairəsinin arxa bazası və düşmən qüvvələrinin səhra düşərgəsinin yerləşdiyi Mehfat Ayalon ərazisinə hücum edib. Düşmən hava zərbələri nəticəsində itki verib”.

Naharnet xəbər portalı pilotsuz təyyarələrin hücumunun Yuxarı Qaliley və Qolan təpələrinə raket hücumlarından sonra baş verdiyini bildirib. Qeyd edilib ki, Livan-İsrail sərhədindən 35 km aralıda yerləşən Tiberiya şəhəri ərazisi də daxil olmaqla, 30 yaşayış məntəqəsinə hava hücumu siqnalları verilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR