Onlayn ictimai-siyasi qəzet
Livanın hərbiləşdirilmiş təşkilatı “Hizbullah” 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinə qarşı 10 hərbi əməliyyat keçirib.
Bu barədə təşkilatın bəyanatında deyilir.
Qeyd olunub ki, “Hizbullah” döyüşçüləri Livan-İsrail sərhədindəki vizual nəzarət sistemlərinə və İsrail ordusunun dörd bölük dayaq məntəqəsinə hücum ediblər.
Bundan başqa İsrail hərbçilərinin Tel-Şaar bölgəsində və Səfad şəhərinin cənub-qərbində yerləşən hərbi logistik bazaları pilotsuz uçan aparat ilə hücuma məruz qalıb./Report
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ